Azərbaycanda koronavirusa rekord sayda yoluxma qeydə alındı (RƏSMİ)

18:38 | 02.06.2020
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.


Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM