Son günlər koronavirus infeksiyasına yoluxma hallarının artdığı rayonlardan biri də Xaçmazdır.
Anews.az "xezerxeber.az"a istinadən xəbər verir ki, indiyədək rayonda 31 yoluxma halı qeydə alınıb ki, bunlardan da 21 nəfəri Köhnə Xaçmaz kəndinin sakinləridir.
Goranboy da son günlər koronavirus pandemiyasına yoluxmanın qeydə alındığı rayonlardandır. Goranboy Rayon Mərkəzi Xəstəxanasına bu günə kimi müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. Onlardan 255 nəfəri sağalaraq evə buraxılıb, 6 nəfər dünyasını dəyişib. 24 nəfər müalicə üçün Bakıya, 1 nəfər isə Gəncəyə göndərilib.
122 nəfərin müalicəsi isə davam etdirilir. Yoluxma hallarının qarşının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır, sakinlərlə maarifləndirici söhbətlər edilir.
Ərazidə izolyasiya tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !