• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusdan ölənlərin dəfni necə həyata keçiriləcək? – Şeyx açıqladı

Azərbaycanda koronavirusdan ölənlərin dəfni necə həyata keçiriləcək? – Şeyx açıqladı
04.04.2020 16:11
Koronavirus pandemiyasından ölən şəxslərin dəfni prosesində iştirak edəcək din xadimləri üçün xüsusi icazə olacaq.
 
Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.
 
A.Paşazadə bildirib ki, ötən gün Baş nazir Əli Əsədovla telefonla danışıb və onun diqqətinə bəzi məsələləri çatdırıb: "O da razılığını verdi. Çünki insanların vəfat etməsi ilə bağlı öncədən nəsə demək olmur. Tək müsəlmanlar deyil, eləcə də xristian və yəhudi icması ilə də danışıqlar aparılıb. Dəfn prosesində lazım olan din xadimlərimiz gecə-gündüz bir çox məscidlərdə növbəli şəkildə işləyirlər".
 
"Dəfn məsələsi ilə bağlı yəqin ki, başqa dinlərlə birgə xüsusi siyahımız olacaq. Həmin siyahı Nazirlər Kabineti yanında Operativ Qərargaha göndəriləcək. Onlar da bunu Daxili İşlər Nazirliyinə təqdim edəcəklər və həmin şəxslər üçün xüsusi icazələr veriləcək. Çünki bunun başqa yolu yoxdur. Biz ölüm halının nə zaman baş verəcəyini bilmirik. Amma bizim əməkdaşlar hər zaman hazırdırlar. Bu sahədə bizim heç bir narazılığımız olmayacaq və bütün lazımi şərait yaradılıb", - QMİ sədri qeyd edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol