Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü - Yaralılar var

16:47 | 08.07.2020
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü - Yaralılar var

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü - Yaralılar var

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 

Anews.az "Report"a istinadən xəbər verir ki, Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.
 
Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olub. 

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb