• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

Azərbaycanda koronavirusun artım tempinin OBYEKTİV SƏBƏBLƏRİ: Spekulyativ iddiaların əsası varmı?

Azərbaycanda koronavirusun artım tempinin OBYEKTİV SƏBƏBLƏRİ: Spekulyativ iddiaların əsası varmı?
05.04.2020 13:21
Dünyanı artıq bir neçə aydır, təhdid altında saxlayan koronavirus pandemiyasının Azərbaycanda da yayılması və yoluxma dinamikasında müşahidə olunan artımla bağlı qeyri-ciddi iddialar səslənməkdədir.
Nazirlə Kabineti yanında yaradılmış Operativ Qərargahın aprelin 4-nə olan məlumatına əsasən, ölkədə koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı 521 nəfərə çatıb. Daha əvvəl də rəsmi səviyyədə bəyan olunduğu kimi, yoluxma statistikasında belə bir dinamika gözlənilirdi və bu fonda infeksiyanın yayılmasının miqyasını azaltmaq məqsədilə tətbiq olunan qaydaların maksimum sərtləşdirilməsi yaranmış vəziyyətə tam adekvatdır.
Bununla belə, bəzi media orqanlarında və sosial şəbəkələrdə ölkədə məlum infeksiyanın yayılması və yoluxanların sayının artmasına yönəlik obyektivlikdən uzaq fikirlər ifadə edilir. Həmin iddialarda əsassız olaraq, hakimiyyətin koronavirus əleyhinə həyata keçirdiyi tədbirlərin yetərsizliyinin təlqin edilməsinə cəhd göstərilir.
Əslində, ölkədəki real vəziyyətə və koronavirus təhlükəsinin ilk mərhələsində tətbiq olunan qaydalar və görülən tədbirlər hökumətin bu məsələyə tam məsuliyyətlə yanaşdığını söyləməyə əsas verir. O baxımdan, Azərbaycanda koronavirusun yayılmasının və yoluxanların sayının gündəlik artmasının obyektiv səbəblərini görməzdən gəlmək heç bir halda ədalətli yanaşma hesab oluna bilməz.
Nəzərə almaq lazımdır ki, koronavirusun Azərbaycan üçün təhlükəli hal almağa başladığı ilkin mərhələdə ölkəmizdə müvafiq yoxlamaların aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) az sayda göndərilmiş testlərdən istifadə etməli oldu. Ancaq növbəti mərhələdə Azərbaycan zəruri sayda testlər alaraq, vəziyyətin köklü şəkildə dəyişdi. Nəticədə ölkədə ilkin mərhələdə gündəlik keçirilən testlərin sayı 200-300-dən 1000-ə yüksəldi. Məlumata əsasən, Azərbaycanda artıq 35 min test keçirilib.
Bundan başqa, ölkədə ilk yoluxma faktları qeydə alındıqdan sonra əlavə bir neçə ən müasir tibbi laboratoriyalar alındı və bunun nəticəsində koronavirusla mübarizənin effekti xeyli artırıldı.
Təbii, koronavirusun dünyada yayılmasının obyektiv səbəbləri haqda məlumatsız olan insanlarda görülən bu qədər tədbirlərə baxmayaraq, ölkədə yoluxma statistikasındakı belə sürətlə artmasına yönəlik suallar yarana bilər. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda ilk yoluxma faktları virusun geniş yayıldığı ölkələrə səyahət etmiş insanlarda aşkarlandı.
Daha sonra isə xaricdən minlərlə vətəndaşımızın geri gətirilməsi bu artımda ciddi rol oynadı. Koronavirusun ən əsas xüsusiyyətlərindən biri inkubasiya dövrünün 3-4 həftə sürməsidir. Bu isə o deməkdir ki, yoluxmuş insanda virusun özünü büruzə verməsi 21-28 gün çəkə bilər. Belə olan halda virus daşıyıcısı olan insanların digərlərini yoluxdurmaq riski kifayət qədər yüksəkdir. Ona görə də, son həftələrdə ölkədaxili yoluxma hallarının artımı anlaşılan olmalı və yersiz suallar doğurmamalıdır.
Digər tərəfdən, koronavirusun yayılması kontekstdində 10 milyondan artıq əhalisi olan Azərbaycanı digər ölkələrlə müqayisə etdikdə çox aydın mənzərə yaranır. Təsəvvür edin ki, əhalisi Azərbaycandan təqribən 3 dəfə az olan Ermənistanda koronavirusa yoluxanların sayı 736, bu infeksiyadan ölənləri sayı isə artıq 7-dir. İşğalçı ölkədə koronavirusun müayinəsi üçün cəmi 7994 test keçirilib. Qonşu Gürcüstanda isə ölüm faktı qeydə alınmasa da, yoluxanların sayı 156-ya çatıb. Bu, region dövlətlərində vəziyyəti əks etdirən statistikadır.
Dünyanın inkişaf etmiş ölkələrindəki vəziyyətə nəzər salaq. ABŞ, İtaliya, Almaniya, Böyük Britaniya və başqa ölkələrdə durum haradasa, fəlakət həddinə çatıb. Yoluxanların sayı yüz minlərlə, ölənlərin sayı isə on minlərlədir. Göründüyü kimi, koronavirusun yayılması infeksiya əleyhinə "pis” və ya "yaxşı” tədbirlər alınmasında deyil. Adları çəkilən ölkələrin səhiyyəsi bu virusla mübarizədə obrazlı desək, başlarını itiriblər. İnanılmaz sürətlə böyüyərək, qlobal pandemiyaya çevrilən, dünya nəhənglərini belə qəfil yaxalayan koronavirus infeksiyasının lokallaşdırılması üçün zamana ehtiyac var.
Azərbaycanda koronavirus təhlükəsinin tam aradan qaldırılması üçün ən uyğun yol tətbiq olunan məhdudlaşdırıcı qaydalara və yoluxma riskini azaldan tövsiyələrə əməl olunmasıdır. Ümid edir və inanırıq ki, milli həmrəylik və birgəlik sayəsində bu dalğanı aşacağıq. (yenicag.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda təmir köşkündə yanğın olub
Cəmiyyət 19:30
Sumqayıtda təmir köşkündə yanğın olub
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 19:02
İsmayıllıda zəlzələ olub
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək
Cəmiyyət 18:06
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək

Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Cəmiyyət 17:32
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib

Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa iləgörüşdü
Cəmiyyət 17:14
Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa iləgörüşdü
Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilir
Cəmiyyət 17:00
Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilir

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərləndi- 11 yaşlı uşaq öldü
Cəmiyyət 16:46
Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərləndi- 11 yaşlı uşaq öldü

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Cəmiyyət 16:36
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları təltif ediliblər
Cəmiyyət 16:10
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları təltif ediliblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol