Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq

18:21 | 10.05.2024
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq

Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.

"Report”un məlumatına görə, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb.

Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM