Anews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Məlumata görə balıq Kürün Tovuz rayonundan keçən ərazisindən tutulub.
Balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub. Balığın uzunluğu 2 metrdən çoxdur.
Qeyd edək ki, qərb rayonlarında hazırda naqqa ətinin 1 kiloqramının 15 manata satılır. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də Kürdən tutulan bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.
Məlumat üçün bildirək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).
Mənbələrdə qeyd olunur ki, xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər. Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər.
Rayon sakinlərinin göndərdikləri fotonu təqdim edirik.
(yeniavaz.com)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !