• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycanda labarotoriyaların düzəlməsi üçün onilliklər lazımdır - Agentlik rəsmisi

Azərbaycanda labarotoriyaların düzəlməsi üçün onilliklər lazımdır - Agentlik rəsmisi
11.07.2024 18:01
Elmi Tədqiqat İnistitutlarında labaratoriyaların vəziyyəti ürəkaçan deyil. Bunu Elmi Müəssisələrlə İş Şöbəsinin müdiri Mübariz Hacıyev deyib.   
 
"Elmdə yavaş-yavaş islahatlar aparmalıyıq. Elmi tədqiqat inistitutlarında çoxlu labatoriyalar var, amma onların çoxu heç də işlək vəziyyətdə deyil və müasir tələblərə cavab vermir. Bəzən yeni avadanlıqlar alınır, amma onlarla işləmək üçün mütəxəssislər yoxdur. Bu məsələlər üzərində çalışmaq lazımdır. Bu bir neçə ilin işi deyil. Bəzi labarotoriyaların quraşdırılması üçün onilliklər lazımdır", - Hacıyev jurnalistlərə açıqlamasında bildirib. 
 
Agentlik rəsmisi vurğulayıb ki, gənclər elm ilə məşğul olmağa meyilli deyillər.  

"Öz ixtisaslarını yaxşı qavrayan tələbələr universiteti bitirəndən  sonra elm ilə məşğul olmaq istəmir. Təhsillərini bitirəndən sonra müxtəlif təkliflər alır və daha gəlirli sahəylərə işləməyə gedirlər. Elmdə müəyyən səviyyəyə çatmaq üçün çalışmaq və uzun illər sərf etmək lazımdır", - o əlavə edib. 
 
Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda 5 minə yaxın adam elmlə məşğul olur. Alimlər arasında ən yüksək maaş ayda 700-900 manat, ən az əmək haqqı isə 500 manat təşki edir. 
 
Azərbaycanda minimal əmək haqqı 340 manat, orta əmək haqqı isə 1000 manatdır.  
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 10:00
Bu ərazilərdə qaz olmayacaq
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Cəmiyyət 09:13
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Cəmiyyət 09:09
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol