Azərbaycanda Lada avtomobilləri bahalaşacaq

12:11 | 13.01.2015
Azərbaycanda Lada avtomobilləri bahalaşacaq

Azərbaycanda Lada avtomobilləri bahalaşacaq

Rusiyanın "AvtoVAZ” şirkəti Lada avtomobillərinə qiymətləri 9 faiz qaldıracaq. Bu markadan olan maşınların qiyməti 2015-ci ilin yanvarın 15-dən artacaq.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a istehsalçı şirkətin mətbuat xidmətindən məlumat verilib.

Şirkətdə qeyd ediblər ki, bu, dollar və  avronun məzənnəsinin artması ilə bağlıdır. "Biz ümid edirdik ki, Rusiya iqtisadiyyatında vəziyyət olduqca tez bərpa olunacaq, lakin təəssüflər olsun ki, bu baş vermədi”, - ”AvtoVAZ”ın məlumatında deyilir. Lada maşınlarının bütün modellərinin qiyməti sonuncu dəfə 2014-cü ilin martında orta hesabla 2.8 faiz artmışdı.

Qeyd edək ki, Avro-4 standartlarına cavab verməyən avtomobillərin Azərbaycana idxalına qadağa qüvvəyə minəndən sonra ölkəyə "”Lada Prirora”, "”Lada Niva 4x4”, "Lada Larqus” və "Lada Qranta” ixrac olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM