"Avtovaz” Azərbaycanda "Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır.
Bu barədə şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib.
"Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq", - Sokolov bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !