Azərbaycanda ləğv edilmiş qurum əhaliyə divan tutur

12:39 | 08.05.2017
Azərbaycanda ləğv edilmiş qurum əhaliyə divan tutur

Azərbaycanda ləğv edilmiş qurum əhaliyə divan tutur

Son vaxtlar sakinləri bir məsələ daha çox narahat edir.  Ev pulu verməliyəm, ya verməməliyəm? Ümumiyyətlə, bu yığılan ev pulu qanunidirmi?

anews.az istipress-ə istinadən xəbər verir ki, yığılan pul müqabilində sakinlərə normal xidmət göstərilmir. Bu gün bir çox vətəndaşlar kommunal xərclər sırasında ev pulu da ödəyirlər. Üstəlik, Mənzil İstismar Sahələrinin (MİS) tələb etdiyi ev pulundan (bəzi yerlərdə zibil pulu) əlavə bələdiyyələrin əmlak vergisi adı altında yığdığı pul vətəndaşları lap çaşbaş salıb.

Hər bir vətəndaş sahib olduğu əmlaka görə vergisini ödəməlidir. Bu sözləri mənzil üzrə ekspert Nüsrət İbrahimov deyib. "Hər bir vətəndaş yaşadığı evinin bazar dəyərinin 0.01 faizini dövlətə ödəməlidir. Bu həmin evin bazar qiymətinə uyğun aparılır. Ev sahibi həmin pulu ərazi üzrə bələdiyyəyə ödəməlidir. "JEK" (MİS) isə ərazinin təmizliyinə görə pul alır".

Hüquqşünas Vüqar Tofiqli MİS-lərsiz yaşamağın mümkün olduğunu deyir. Onun sözlərinə görə, vətəndaşlar özləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adı altında bir qurum yarada bilər.

"Burada heç bir problem yoxdur. Sadəcə, bələdiyyələrin tam elektronlaşdırılmaması bir sıra problem yaradır. "JEK"lər ləğv edilmiş bir strukturdur. Ancaq onlar da binanın bloklarının təmizlənməsi, fasadın təmiri və s. işləri görür. Çox təəssüf ki, "JEK"lər bu işlərin öhdəsindən layiqincə gələ bilmir".

Əgər MİS-lərin yığdığı pulnan binanın həyətində heç bir iş görülmürsə, sakinlər özləri bir cəmiyyət yarada, ora bina sakinlərindən birini rəhbər təyin edə bilər. Sakinlər zibil pulunu ödəməkdən imtina edib daşınmanı və təmizləməni öz üzərinə götürə bilər. İndiki halda qanunvericilik buna imkan verir.

Xatırladaq ki, Mənzil İstismar Sahələri kimi tanıdığımız jeklər 2009-cu ildən ləğv olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM