Bank rəhbərinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda lider bankların xidmətlərində dəyişikliklər olacaq.
"Artıq əksər lider banklar aktiv olaraq rəqəmsallaşmaya inteqrasiya edirlər. Bu artıq gündəlik reallığa çevrilib. Əgər biz bazarda qalıb işləmək və inkişaf etmək istəyiriksə bu mərhələni mütləq keçməliyik.
Rəqamsallaşmanın müsbət tərəfi ilə yanaşı, mənfiləri də var. Rəqəmsallaşma hər bazar üçün özünə uyğun qaydada tətbiq olunmalıdır. Belə məsələdə banklar müştərinin tələblərini nəzərə almalıdır. Mən o fikirlə razıyam ki, istənilənbiznes və həmçinin banklar innovativ olmalıdır. Biz reaktiv olmalıyıq. Banklar olaraq özümüzdən yeniliklər təklif etməliyik. Bu horizontları müştərilər üçün açmalıyıq. Bank olaraq müştərilərə gündəlik xidmətləri xüsusi təqdim etməliyik. Bu bizim missiyadır. Buna rəğmən biz onu da anlayırıq ki, bank müştərilərin bu yeniliyi qəbul etməsindən asılıdır.
Bu adaptasiya da müəyən vaxt alır. Çünki belə məsələlərdə əsas rolu müştəri və onun qərarı oynayır. Bank olaraq elə etməliyik ki, müştərini təmin edək və müştərilər üçün lazımı xidmət şəraitini yaradaq"- deyə bank rəhbəri bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !