• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib - Video

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib - Video
28.09.2024 17:58
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "Farmaniya.com” dələduzluq pramidasını ifşa edib.Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən "farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

"Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək "farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib".

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb:

"Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu "farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər".

DİN bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən "farmaniya.com” tipli tətbiqlərə inanmamağa çağırıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Cəmiyyət 22:08
Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
Cəmiyyət 19:27
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
Aeroport yolunda qəza olub - Video
Cəmiyyət 18:28
Aeroport yolunda qəza olub - Video
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
Cəmiyyət 18:00
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
Cəmiyyət 17:34
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
Sumqayıtda 14 su sayğacı oğurlanıb
Cəmiyyət 17:24
Sumqayıtda 14 su sayğacı oğurlanıb
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Cəmiyyət 16:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Milli Məclisin növbəti iclası mayın 1-də keçiriləcək
Cəmiyyət 16:18
Milli Məclisin növbəti iclası mayın 1-də keçiriləcək
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
Cəmiyyət 13:33
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol