Azərbaycanda maliyyə təşkilatlarının sayı artıb

16:03 | 21.04.2015
Azərbaycanda maliyyə təşkilatlarının sayı artıb

Azərbaycanda maliyyə təşkilatlarının sayı artıb

Cari il aprelin 1-nə Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı 1 528 ədədə çatıb.

 "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun da 772-ni kommersiya obyektləri təşkil edib.

Statistikaya əsasən, illik müqayisədə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin sayında ilin əvvəli ilə müqayisədə 1,3% artım müşahidə olunub. Belə müəssisə və təşkilatlar ölkədə mövcud olan cəmi təsərrüfat subyektlərinin 1,6%-ni əhatə edib.

Qeyd edək ki, 2015-ci il yanvar-mart ayları ərzində Azərbaycanda müəssisə və təşkilatların ümumi sayı 1,9% artaraq 2015-ci il aprelin 1-i vəziyyətinə 96 398 olub. Artım əsasən iqtisadiyyatın "Təhsil”, "İnformasiya və rabitə”, "Digər sahələrdə xidmətlərin göstərilməsi”, "Peşə, elmi və texniki fəaliyyət” bölmələrində daha nəzərəçarpacaq dərəcədə olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM