Azərbaycanda manatla pul bazası ilin əvvəlindən 12% artıb

21:00 | 03.12.2019
Bu ilin noyabrın 29-na Azərbaycanda manatla pul bazası 10 674,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 375,7 mln. manat və ya 3,6% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, manatla pul bazası cari ilin əvvəli ilə müqayisədə 1 128,8 mln. manat və ya 11,8% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 689,3 mln. manat və ya 18,8% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

www.anews.az
loading...

Xəbər lenti