Azərbaycanda maşın bazarı İNHİSARA alınıb - Ekspert

18:42 | 16.01.2015
Azərbaycanda maşın bazarı İNHİSARA alınıb - Ekspert

Azərbaycanda maşın bazarı İNHİSARA alınıb - Ekspert

"Azərbaycanda maşın bazarı demək olar ki, yoxdur. Son bir ilin hadisələri göstərir ki, avtomobil bazarında inhisarçılıq meylləri həddən artıq yüksəkdir və sanki bir qrup şəxs avtomobil bazarındakı kiçik və orta sahibkarların üstündən keçib yox eləməyə çalışır”.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında itisadçı ekspert Ramil Osmanlı başın bazarındakı durumu şərh edərkən deyib.

Onun fikrincə, bütün bunlara səbəb avro standartın tətbiqi, Mərkəzi Bankın kreditlə bağlı qeyri-adi qərarlarıdır:

"Bu günün iqtisadi göstəricilərinə, rəqəmlərə istinadla desək, idxal olunan avtomobillərin sayı bir il ərzində iki dəfə azalıb, satış həcmi kəskin şəkildə aşağı düşüb. Vəziyyət bu il həmin tempdə davam edəcəksə, ölkəyə idxalın bir qədər də azalmasına gətirib çıxara bilər. Baş verənlərin fonunda belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə, avtomobil bazarındakı xırda və orta sahibkarların uzaqlaşması müşahidə edilir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM