Azərbaycanda ÜDM ilk dəfə ən yüksək həddə çatıb - Deputat

11:34 | 31.05.2023
Azərbaycanda ÜDM ilk dəfə ən yüksək həddə çatıb - Deputat

Azərbaycanda ÜDM ilk dəfə ən yüksək həddə çatıb - Deputat

Azərbaycanda 2022-ci ildə Ümumi Daxili Məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə - 133.8 milyard manata çatıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkilişi Mayın 31-də keçirilən Parlamentin plenar iclasında "büdcə layihəsinin icrası haqqında" qanunun layihəsini təqdim edərkən deyib. 
 
O bildirib ki, qeyri-neft sektoru üzrə artım 9,3% artaraq 69,8 milyard olub. 
 
"2021-ci ilin faktiki göstəriciləri ilə müqayisədə artan 40.6 milyard manatlıq Ümumi Daxili Məhsulun 69.5%-i neft qaz sektorunun, 30.5%-i isə qeyri-neft qaz sektorunun hesabına formalaşıb. Hesabat ilində Enerji məhsulları bazarında qeyri-müəyyənliyin yüksəlməsi xammal qiymətlərinin əhəmiyyətli artımına səbəb olub. Belə ki, Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 103.6 dollar olmuşdur ki, bu da 2022-ci ilin dövlət büdcəsinin yenidən baxılması zamanı əsas götürülmüş göstəricidən 21.8% çox olub", - deputat bildirib. 
 
ÜDM 2023-cü ildə 2,7% artacağı proqnozlaşdırıb. 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 5,6% artb. 

2021-ci ildə inflyasiya 6,7% təşkil edib. 2022-ci ilin sonuna isə inflyasiya 6,9% həcmində pronozlaşdırılıb. 

 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

 
 
Gülnar Nazimqzı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM