Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, şəhərin Atatürk prospektində, Gəncə Apellyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinin işçisidir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !