Cəlilabad rayon Muğan kənd orta məktəbi qəzalı vəziyyətdədir.
Məktəbin ikinci mərtəbəsində döşəmə uçduğu üçün şagirdlər birinci mərtəbələrə köçürülüb.
Məktəbdə 450 şagird təhsil alır. Burda həmçinin Söyüdlü kəndinin şagirdləri də təhsil alır. Tədrisi isə 30 müəllim həyata keçirir. Hər iki bina qəzalı vəziyyətdədir.
Müəllimlər və valideynlər Təhsil Nazirliyindən kömək istəyir.
Məktəbdə həmçinin istilik sistemi də yoxdur, sinif otaqları odun sobaları ilə qızdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !