Azərbaycanda məktəbəqədər təhsil əhatəliyi aşağı səviyyədədir- NAZİR

10:46 | 11.12.2023
Azərbaycanda məktəbəqədər təhsil əhatəliyi aşağı səviyyədədir- NAZİR

Azərbaycanda məktəbəqədər təhsil əhatəliyi aşağı səviyyədədir- NAZİR

Hazırda Azərbaycanda məktəbəqədər təhsil əhatəliliyimiz 36-37% təşkil edir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"2006-ci bu rəqəm 16% olub. Biz bu istiqamətdə dünyanın əsas ölkələrindən geri qalırıq. Amma 16%-lə müqayisə etsək ciddi addımlar atmışıq. Biz bunun nəticələrini təxminən 10 il sonra görəcəyik",- nazir "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda 16 minə yaxın uşaq bu proqramla əhatə olunaraq təhsilə cəlb olunub.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM