Azərbaycanda məmur küt alətlə öldürülüb

23:31 | 22.04.2017
Azərbaycanda məmur küt alətlə öldürülüb

Azərbaycanda məmur küt alətlə öldürülüb

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

İstiPress-in məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri - Tovuz rayon sakini, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu travmatoloji xəsarət alıb.

O, kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM