Azərbaycanda meşələri daha uzun müddətə icarəyə götürmək mümkün olacaq

10:45 | 12.05.2017
Azərbaycanda meşələri daha uzun müddətə icarəyə götürmək mümkün olacaq

Azərbaycanda meşələri daha uzun müddətə icarəyə götürmək mümkün olacaq

Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Hazırda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər.

Yeni qərara əsasən isə, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM