Azərbaycanda məşğulluq sahəsində 4 layihə reallaşdırılıb - Sahil Babayev

16:44 | 25.04.2024
Azərbaycanda məşğulluq sahəsində 4 layihə reallaşdırılıb - Sahil Babayev

Azərbaycanda məşğulluq sahəsində 4 layihə reallaşdırılıb - Sahil Babayev

Son beş ildə Azərbaycanda məşğulluq sahəsində 4 milyondan çox adamı əhatə edən 4 islahat proqramı həyata keçirilib. Bunu Əmək və əhalinin sosial müdafiə naxiri Sahil Babayev deyib.


Bu dövr ərzində 531 min vətəndaş işlə təmin olunub, 80 min ailə özünüməşğullyq proqramı çərçivəsində öz bizneslərini qura bilib və 80 min mikro sahibkarlıq subyekti yaradılıb. 

Gəlir vergisi yeddi ilə sıfır dərəcəyə endirilib. Son beş ildə əmək müqavilələrinin sayı 40% artıb. Özəl sektorda əmək müqaviləıərin sayı isə iki dəfə artıb. 

Babayevin sözlərinə görə, nazirliyin 159-dan 145 xidməti elektronlaşdırılıb. 

"Bu sahibkarların işini yüngülləşdirməklə şəffaflığı təmin edib”,- o bildirib. 


Onun sözlərinə görə,  6 mindən çox köçkün Qarabağa köçüb bə onların işlə təminatı istiqamətində iş gedir. Bir minə yaxın köçkünün isə işlə təmin ediləcəyi gözlənilir. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM