Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkəti dayanıb.
Ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində avtomobil körpünün üstündə dar yolda hərəkətsiz qalıb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yaranıb.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, artıq 3 saat yaxındır, Sabirabad-Şirvan və əks istiqamətdə avtomobillər tək-tək, çox çətinliklə hərəkət edir.
Nəticədə ərazidə minlərlə avtomobilin tıxacı yaranıb.
Qeyd edək ki, Kür çayı üzərindəki körpüyə paralel yeni körpü inşa olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !