anews.az Dövlət Statstika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 477,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Xatırladaq ki, yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 828,4 milyon manatlıq xidmət göstərmişdi. Xidmətlərdən əldə edilən gəlirin 48,1 faizi və ya 398,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !