Azərbaycanda mobil telefonlarda yeni elektron xidmət

12:13 | 01.07.2014
Azərbaycanda mobil telefonlarda yeni elektron xidmət

Azərbaycanda mobil telefonlarda yeni elektron xidmət

RYTN xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Elektron hökumət” portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkünləşib: “Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək “Göndərmək” düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər”.

Qeyd edək ki, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür