Azərbaycanın muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində dövlət təminatları müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin 4-cü (Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində dövlət təminatları) maddəsində əksini tapıb.
Muğam sənətinin qorunması ilə bağlı dövlət təminatlar:
1.Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi üzrə Dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsi,
2.Azərbaycan muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımına,
3.Azərbaycan muğam sənətinin musiqi təmayüllu ümumi, orta ixtisas və ali təhsil müəsissələrində tədrisinin təmin edilməsinə və bu sahədə ixtisaslı kadrlar hazırlanmasına,
4.Teleradio verilişlərində və konsert proqramlarında muğamların təqdim və təbliğ edilməsinə,
5.Azərbaycanın müxtəlif bölgələrində istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlərin həyata keçiriləcək.
6.Simli, yaylı və nəfəsli xalq musiqisi çalğı alətlərinin tarixən müəyyənləşdirilmiş milli standartlara müvafiq olaraq kütləvi istehsalına,
7.Muğam sənətinə dair elmi araşdırmaların aparılmasına və əlaqələndirilməsinə şərait yaradılmasına, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsinə,
8.Beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdim edilməsinə və təbliğinə,
9.Azərbaycan muğam sənətinin inkişaf etdirilməsi və milli xüsusiyyətlərinin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılması,
10.Azərbaycan muğam sənətinin nümunələrinin xarici dövlətlərin ərazilərində mənimsənilməsi, təhrif edilməsi və qeyri-qanuni istifadəsinin qarşısının alınması və hüquqi qorunması məqsədi ilə beynəlxaql əməkdaşlığa şərait yaradılması,
11.Xarici dövlətlərin kitabxana və arxivlərində saxlanılan muğam risalərinin kataloqlaşdırılmasına, onların orijinallarının, yaxdu surətlərinin ölkəyə gətirilməsinə şərait yaradılmasına, həmin əsərlərin transliterasiya edilməsinə, xarici dillərdə yazılmış olduğu halda Azərbaycan dilinə tərcümə edilməsinə, bu qəbildən olan əsərlərin sistemli şəkildə tədqiqinə və nəşrinə,
12.Azərbaycanın dünya muğam ifaçılığı və muğamşünaslığının əsas mərkəzinə çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə,
13.İtirilmə təhlükəsi olan nadir muğam sənəti nümunələrinin müasir üsullarla bərpasına.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !