Azərbaycanda mühafizə olunan təbiət ocaqlarının sayı açıqlanıb

15:01 | 21.05.2024
Azərbaycanda mühafizə olunan təbiət ocaqlarının sayı açıqlanıb

Azərbaycanda mühafizə olunan təbiət ocaqlarının sayı açıqlanıb

Azərbaycanda hazırda 893 000 xüsusi mühafizə olunan təbiət ocaqları var. Bunu Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib. 


O bildirib ki, Azərbaycan təbiəti zənginliyinə, eyni zamanda komponentlərin müxtəlifliyinə görə, dünya ölkələrində xüsusi yer tutur. 


"Azərbaycan biomüxtəlifliyinin zənginliyi ilə seçilir. Məsələn biz Rusiya kimi dövlətdə bir ekosistemi görmək üçün həftələrlə səyahət etməliyiksə, Azərbaycanda 1-2 saatlıq səyahətdə bir çox ekosistemi görə bilərik. Siz Neftçaladan başlayaraq Qubaya qədər səyahət etsəz, həm dəniz, meşə, dağ və s. ekosistemi görə bilərsiniz. Ölkə sərvəti olan bu sistemlərin qorunması üçün düzgün monitorinq sisteminin olması vacibdir. Biz bu istiqamətdə müxtəlif innovativ alətlərdən istifadə edirik. İstifadə etdiyiniz monitorinq sistemləri sayəsində qeydiyyatını apara bilmədiyimiz müxtəlif növlərin qeydiyyatını apara bilirik. Məsələn biz vaxtilə bəbir növünün bütün məlumatlarını ala bilmirdiksə, hazırda biz bu datanı formalaşdıra bilirik" , - Allahverdiyev mayın 21- də "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı qeyd edib. 


Rəis müavini bitkilərin nəslinin kəsilmək üzrə olan növlərin artığını söyləyib. 


"Yeni dərs olunan Qırmızı Kitaba 460 növ bitki salınıb ki, bu da əvvəlki nəşrlə müqayisədə çoxdur. Düzdür bəzi bitkilər Qırmızı Kitabdan çıxarılıb, bəziləri yeni əlavə olunub, lakin buna baxmayaraq bu artım onu göstərir ki, nəsli kəsilmək üzrə olan bitkilərin sayı artır. Biz bununla əlaqədar olaraq xüsusi mühafizə təbiət ərazilərinin kənarında  mikro rezervatların yaradılması  işlərinə başlamışıq. Yəni, xüsusi alətlər vasitəsilə həmin növlərin koordinatları götürməklə həmin növlərin stasionar mühafizəsini təşkil edirik.  Ərazilərin mühafizəsi istiqamətində elektron kadastr hazırlayırıq və buna start verəcəyik", - o əlavə edib
 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti