Azərbaycanda mühüm posta təyinat oldu

23:45 | 29.06.2020
Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
Anews.az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 
Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi, 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti