2023-cü ilin on bir ayıda Azərbaycanda 110,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.
ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 10856,0 manata bərabər olub.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !