Azərbaycanda ömürlük məhkum həbsxanada evləndi

09:31 | 14.03.2019
Azərbaycanda ömürlük məhkum həbsxanada evləndi

Azərbaycanda ömürlük məhkum həbsxanada evləndi

İki nəfər qonşusunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Strelyayev Serqey Aleksandroviç cəzasının yüngülləşdirilməsi üçün Ali Məhkəməyə müraciət edib.

"Ölkə.Az” xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək baxış iclası aprel ayının 3-nə təyin olunub.

O, ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyir.

Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirməkdə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib. Şair olan S.Strelyayevin həbsxanada bir neçə kitab yazıb. 
O, 2013-cü ildə isə həbsxanada Lüdmila Oleynikova ilə evlənib.

S.Strelyayev L.Oleynikova ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Oleynikova evlənmək təklifi edib.

Onların bu nikahdan bir övladı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb