Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı artırılıb - RƏSMİ

12:40 | 17.01.2023
Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı artırılıb - RƏSMİ

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı artırılıb - RƏSMİ

Azərbaycanda 2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021 ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat olub. Bu barədə Dövlət Statistika komitəsində məlumat yayılıb.
 
Muzdla çalışanlardan 903,3 min nəfər dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.

Məlumata görə, işçilərin 19,3 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.

2022-ci ildə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər artaraq, 1732,5 min nəfər olub. Bu barədə Dövlət Statistika komitəsində məlumat yayılıb.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM