Azərbaycanda “NarTV” yaradılacaq

18:25 | 07.04.2014
Azərbaycanda “NarTV” yaradılacaq

Azərbaycanda “NarTV” yaradılacaq

Yeni televiziya kanalı ölkədə ilin sonuna kimi yaranacaq.

Azərbaycanda yeni yerüstü “NarTV” rəqəmsal televiziya brendi yaranacaq.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, layihə mobil rabitə operatoru “Azerfon” MMC, eləcə də “B&BTV Communications” kabel operatoru tərəfindən həyata keçiriləcək. İlkin məlumata görə, yeni ticarət markası ölkədə ilin sonuna kimi yaranacaq.

“B&BTV Communications”, “Azerfon” MMC və “Teleradio” İB Azərbaycanda rəqəmsal televiziya kontentinin əsas tədarükçüsü roluna iddialıdırlar. Hazırda “Teleradio” İB artıq ölkənin rayonlarında (Qubada və Gəncədə) DVT-T rəqəmsal televiziya standartının kommersiya xidmətlərini göstərir. İB bütün respublikada rəqəmsal kontentin təkrar yayımı üçün ən şaxələnmiş texniki infrastruktura malikdir. Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində DVB-T rəqəmsal standartı “ATVPlus” adı altında yayılır.

Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir. Rəqəmsal yayıma keçmək üçün abonent dekoder almalıdır. Daxili bazarda cihazın qiyməti 25-30 manat təşkil edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM