Azərbaycanda nə qədər insanın orqana ehtiyacı var? - VİDEO

12:15 | 19.11.2013
Azərbaycanda nə qədər insanın orqana ehtiyacı var? - VİDEO

Azərbaycanda nə qədər insanın orqana ehtiyacı var? - VİDEO

Macarıstan həkimləri müasir tibbi üstələyən nailiyyətə imza atıblar. Təsəvvür edin ki, onlar beyni ölmüş bir hamilə qadını 3 ay aparatla saxlamaqla qadının bətnindəki uşağın lazımi ölçüyə çatmasına və onun sappasağlam götürülməsinə nail olublar. Hələ üstəlik düz 3 ay beyni ölü olan bu qadının orqanlarından istifadə etmək və donor gözləyən 4 nəfəri onun orqanları ilə xilas etmək mümkün olub. Azərbaycanda isə xarici ölkələrdən fərqli olaraq bu günə kimi beyni ölmüş insandan donor kimi istifadə edilmir. 

Bu gün dünyada təxminən 100 min insan orqan transplantasiyası sayəsində şəfa tapıb. Ölkəmizdə isə hazırda 5 minə yaxın insanın orqan transplantasiyasına ehtiyacı var. Mütəxəssislər hesab edirlər ki, bu ehtiyacı azaltmaq üçün beyni ölmüş insanın orqanından istifadə etmək lazımdır. Bu diaqnoz qoyulmadan heç bir ölüdən orqan götürmək olmaz. Diaqnoz varsa və ölən şəxsin yaxınları orqanların başqa bir insana köçürülməsinə razıdırsa, o zaman transplantasiya mümkündür. Mütəxəssislər hesab edirlər ki, beyni ölmüş insanın orqan transplantasiyasının etik və hüquqi normalar əsasında həyata keçirilməsi vacibdir.

Mütəxəssislər belə hesab edir ki, ölmüş insandan donor kimi istifadə üçün müəyyən mexanizm yaradılmalıdır. Mərkəzi Neftçilər Xəstəxanasının orqan transplantasiyası şöbəsinin həkim cərrahı Eldar Əhmədov belə bir mexanizmin olmaması səbəbindən ölkəmizdə meyitdən donor kimi bu günədək istifadə edilmədiyini deyir: “Xüsusi komitə yardılmalıdır. Beyin ölümü diaqnozu qoyulacaq. Sonra insanlar arasında təbliğat olmalıdır, yəni orqanlarını başqalarına bağışlanması barədə”.

Orqan transplantasiyası ilə əlaqədar xəstəxanaya hətta qonşu ölkələrdən müraciətlər daxil olduğunu deyən cərrah, orqan transplantasiyasının bu istiqamətdə inkişaf etməsini də vacib hesab edir. Ölkədə orqan transplantasiyası haqqında xüsusi qanun olmasa da, bu məsələ qanunvericilikdə müddəa şəklində yer alıb. Qanuna görə ölmüş insanın orqanlarının başqa birinə köçürülməsi özü bunu vəsiyyət etdiyi halda mümkündür. Amma transplantasiya məqsədi ilə orqanların məcburi götürülməsi qadağandır.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli yaxın illərdə ölkə qanunvericiliyində orqanların transplantasiyası ilə əlaqədar dəyişiklik olacağını istisna etmir.

Orqan transplantasiyası Azərbaycanda ilk dəfə 2008-ci ildə Fəxrəddin Cavadovun rəhbərliyi ilə həyata keçirilib.Qonşu ölkə Türkiyədə bu işə hələ 1990-cı ildən başlanıb. Böyük Britaniyada isə orqan transplantasiyası 40 ilə yaxındır ki, həyata keçirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti