Azərbaycanda nə qədər işsiz adam var? Rəsmi statistik rəqəm

14:20 | 21.02.2014
Azərbaycanda nə qədər işsiz adam var? Rəsmi statistik rəqəm

Azərbaycanda nə qədər işsiz adam var? Rəsmi statistik rəqəm

Bu il fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 761,3 min nəfər olub, onlardan 4 525,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1 510,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində  900,2 min nəfər, qeyri-dövlət bölməsində isə 609,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft sektorunda isə 1 472,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 466,7 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar. Xidmət sahəsində çalışanların 22,4%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib. Bu il fevralın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olub, onların 41,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 256,1 manat olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM