Azərbaycanda 2024-cü ildə neft hasilatınıт 29,5 milyon tonn olacağı proqnozlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi məlumat verib.
2023-cü ildə neft hasilatı 30,2 milyon ton, 2022-ci ildə isə 32,7 milyon tonn olub.
Nazirliyin məlumatına görə, cari ildə qaz hasilatı ötən ilki 48,5 milyard kubmetrdən 48,9 milyard kubmetrə qədər artacaq.
2022-ci ildə Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən istismar edilir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !