Azərbaycanda neft hasilatı 2024-cü ildə azalacaq

17:40 | 05.02.2024
Azərbaycanda neft hasilatı 2024-cü  ildə azalacaq

Azərbaycanda neft hasilatı 2024-cü ildə azalacaq

Azərbaycanda 2024-cü ildə neft hasilatınıт 29,5 milyon tonn olacağı proqnozlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi məlumat verib.
 
2023-cü ildə neft hasilatı 30,2 milyon ton, 2022-ci ildə  isə 32,7 milyon tonn olub.
 
Nazirliyin məlumatına görə, cari ildə qaz hasilatı  ötən ilki 48,5 milyard kubmetrdən 48,9 milyard kubmetrə qədər artacaq.
     
2022-ci ildə Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.
     
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və  "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən  istismar edilir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM