Azərbaycanda neft hasilatında rekord azalma qeydə alındı

14:47 | 15.11.2019
Azərbaycanda neft hasilatında rekord azalma qeydə alındı

Azərbaycanda neft hasilatında rekord azalma qeydə alındı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 min 609,6 manata bərabər olub.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1%, sənayedə 1,7%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5%, digər xidmət sahələrində 3% artıb, tikintidə isə 6,2% azalıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 70,3%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,3% azalıb, əmtəəlik qaz hasilatı isə 27,8% artıb.

Məlumat üçün qeyd edək ki, neft hasilatındakı azalma bu il ərzində qeydə alınan ən yüksək azalma olub. Əvvəlki aylarda heç vaxt bu qədər azalma olmayıb:

Yanvar0,8 % azalıb
Fevral-Mart0,4 % azalıb
Aprel3% azalıb
May2,9 % azalı
bİyun3 % azalıb
İyul2,5 % azalıb
Avqust2,5 % azalıb
Sentyabr2,8 % azalıb
Oktyabr3,3 % azalıb


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti