Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, Azərbaycan 2015-ci ildə 40,7 milyon ton neft və 30,2 milyard kubmetr qaz hasil etməyi planlaşdırır.
Mənbənin məlumatına əsasən, 32 milyon ton nefti BP-nin operator olduğu Azəri-Çıraq-Günəşli yatağından əldə etmək planlaşdırılır.
Bu yataqlarda hasilatın azaldılması Bakıda narahatlıq yaratdı.
2013-cü ildə BP və SOCAR istehlakçıları sakitləşdirməyə çalışaraq, hasilatın sabitləşdiyini bəyan etdi. 2013-cü ildə neft hasilatının ümumi səviyyəsi 2011-ci ildən ilk dəfə yüksəldi, amma enmə 2014-cü ildən yenidən bərpa olundu.
Xammal neftinin və kondensatının Azərbaycanda hasilatı 2015-ci ilin səkkiz ayı ərzində ilk dəfə 27,9 tona qədər azaldı. Keçən ilin analoji dövründə bu göstərici 28,6 milyon ton idi.
Yanvar-avqustda təbii qazın hasilatı 19,1 milyard kubmetrə qədər azaldı, keçən ilin analoji dövrü üçün göstərici 20,1 milyard kubmetrdən ibarət idi.
Azərbaycanda neft və qaz kondensatının hasilatı 2013-cü ildə olan 43,1 milyon ton ilə müqayisədə 41,9 milyon tona qədər azaldı. 2014-cü ildə təbii qazın hasilatı 29,2 milyard kubmetrə çatıb.
Hasilatın azalması maydan başlandı, belə ki, BP Xəzər dənizində platformaların birində, Qərbi Azəridə planlı profilaktik işlərin aparılması üçün əməliyyatların həyata keçirilməsini dayandırmışdı. Cari ilin oktyabr ayında şirkət digər platformada – Çıraqda əməliyyatların həyata keçirilməsini üç ay müddətinə dayandırmaq niyyətindədir, səbəb profilaktik işlərin həyata keçirilməsidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !