Masallı-Astara yolunun B hissəsinin tikintisi davam edir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Ələt-Astara -İran Respublikası ilə dövlət sərhədi avtomobil yolu çərçivəsində reallaşdırılan Masallı-Astara yolunun B hissəsinin tikintisi sürətlə davam etdirilir.1B dərəcəyə uyğun yeni trassa üzrə tikilən yolun uzunluğu 20 km-dən artıq olacaq. Lənkəran şəhərinin Girdani kəndindən başlayan yol Qamışovka kəndində başa çatır.Tikintisinə 2013-cü ilin iyun ayında başlanılan yol boyu 2 ədəd yol qovşağı, 8 körpünün, eləcə də 78 ədəd dairəvi, 18 ədəd düzbucaqlı borunun tikintisi nəzərdə tutulub. Artıq dairəvi boruların 50 faizi, düzbucaqlı boruların isə 80 faizi tikilib, 2 yol qovşağı və 6 körpüdə tikinti işlərinə başlanılıb.Qeyd edək ki, yolda torpaq işləri ilə yanaşı, asfalt-beton örtüyünün döşənməsi işləri də paralel olaraq davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !