• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Azərbaycanda niyə Ayətullah yoxdur?

Azərbaycanda niyə Ayətullah yoxdur?
14.02.2020 10:41
İslam dinində şiəliyə aid, ali rütbə hesab olunan Ayətullah ən çox İran İslam Respublikasında rast gəlinsə də, İraq və Livanda da Ayətullah titulu daşıyan din xadimləri çoxdur.
 
Ayətullah dərəcəsi almış din xadimlərinin fətva vermək, İslam hüququna əsaslanaraq hökm çıxarmaq səlahiyyəti var. Həmçinin, Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma ve Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var.
Onlar öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilərlər.
 
Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi alıb. Hazırda İranda 1.000-dən çox Ayətullah var. Bununla yanaşı, Böyük Ayətullah ali titulu da mövcuddur. Şiə məzhəbində bu ən ali titul sayılır və İslam Hüquq (Fiqh), metodologiya (üsul) və fətva vermək hüququ verir.     
Azərbaycanda isə bu ali dini dərəcəni daşıyan din xadimləri yoxdur. Onları "mərcə` at-taklid”-deyə çağırırlar. Hazırda Böyük Ayətullah ali titulunu Əli Xameneyi (İran), Sadik Şirazi (İran), Məkərəm Şirazi (İran), Yusif Sanei (İran), Əli Sistani (İraq) və s. daşıyır.   
 
Maraqlıdır ki, şiə təriqətinə mənsub müsəlmanların çoxluq təşkil etdiyi 4 ölkədən biri olan Azərbaycanda (red – digərləri İran, İraq, Bəhreyn) Ayətullah titulunu daşıytan din xadimi yaşamırt. Buna baxmayaraq, tarixdə əslən Azərbaycandan olan bir sıra Ayətullahlar var. Onların sırasında Ayətullah Məhəmməd Əli Naxçıvani, Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği, Ayətullah Seyid Əli Salyani, Ayətullah Mirzə Əbülqasim Ordubadi Nəcəfi, Ayətullah Məhəmməd Fazil Lənkərani və s. adlarını çəkmək olar. Lakin onlar əsasən, dini təhsil üçün yola düşdükləri İraqın Nəcəf, İranın Qum, Məşhəd kimi şəhərlərində məskunlaşaraq çox az hallarda tarixi vətənlərinə dönüblər.
 
Bəs nə üçün Azərbaycanda Ayətullah dini titulu daşıyan şəxs yoxdur? Bu titulu almaq üçün hansı dini təhsil gərəklidir?
Məsələ haqqında Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli həmin dərəcəyə çatmağın çətinliklərindən danışıb:
 
"Ayətullah Allahın ayəsi, nişanəsi deməkdir. Bu ifadəni alimlərə hörmət olaraq deyiblər.
İctihad, mücdəhidlik məqamına gəldikdə isə, Azərbaycanda bu dərəcəyə çatmış din xadimi yoxdur.
Bu dərəcəyə çatmaq zaman tələb edir. Ayətullah dərəcəsini qazanacaq səviyyədə dini təhsil alan şəxslər olmadığından Azərbaycanda bu rütbəni daşıyan kimsə yoxdur”.
 
Hacı Şahin Həsənli tarixən Ayətullah dərəcəsinə sahib olmuş soydaşlarımızın olmasını istisna etməyib:
"Hətta ola bilər, indi də İslam ölkələrində təhsil alan, Ayətullah rütbəsinə yiyələnmiş şəxslər var”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:20
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
Cəmiyyət 10:13
Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
Bakıda sursat aşkar edilib
Cəmiyyət 10:12
Bakıda sursat aşkar edilib


DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
Cəmiyyət 09:35
DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 00:21
Sabah bu ərazilərdə qaz olmayacaq
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Cəmiyyət 00:03
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib
Cəmiyyət 22:50
Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib
Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb
Cəmiyyət 22:37
Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb
Qroznıda AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
Cəmiyyət 20:10
Qroznıda AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol