Azərbaycanda növbədənkənar prezident seçkiləri başlayıb

08:01 | 07.02.2024
Azərbaycanda növbədənkənar prezident seçkiləri başlayıb

Azərbaycanda növbədənkənar prezident seçkiləri başlayıb

Azərbaycanda növbədənkənar prezident seçkiləri başlayıb. Səsvermə ilk dəfə bütün ölkəni əhatə edəcək. 
 
Vətəndaşlar səsvermədə saat 08:00 - 19:00 arası iştirak edə biləcək. 
 
Ölkə üzrə 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi təşkil olunub. 
 
Xarici İşlər Nazirliyi Azərbaycandan kənarda yaşayan vətəndaşlar üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılmasını təmin edib. 
 
Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir.
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM