Azərbaycanda oğlan uşaqları daha çox piylənir

13:29 | 12.08.2017
Azərbaycanda oğlan uşaqları daha çox piylənir

Azərbaycanda oğlan uşaqları daha çox piylənir

2016-cı ildə Azərbaycanda 712 uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bunlardan 306 nəfəri qız, 406 nəfər isə oğlandır.
Piylənmə aşkar edilən qızların 72.3 faizi 0-13 yaş, 26.8 faizi isə 14-17 yaş arasında dəyişir. Oğlanların isə 57.4 faizi 0-13 yaş, 32.2 faizi 14-17 yaş aralığındadır.

18 yaşadək olan uşaqların hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 27 nəfər təşkil edib. 2017-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 54 nəfər olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM