Azərbaycanda onkoloq ştatı üzrə 40% boş yer var - Nəsimi Qasımov
Azərbaycanda onkoloq ixtisası üzrə tələb olunan vakansiyanın 40% boşdur. Bunu Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq Baş həkimi Nəsimi Qasımov deyib.
www.anews.az
"Onkoloq ştatlarımız boşdur. Bu da 10 milyon əhali üçün heç də ürəkaçan deyil. Rayonlarda onkoloji fəaliyyət göstərən mərkəzlər yox vəziyyətindədir. Hətta bir neçəsi ləğv olunub. Bu da xəstələrin Bakıya və digər xarici ölkələrə üz tutmasına gətirib çıxarır. Bu ştat üzrə 40% boş yer var", - Qasımov oktyabrın 27-də İkinci beynəlxalq Bakı süd vəzi xərçəngi konqresində bildirib.
Aytac Zeynalova
www.anews.az