Azərbaycanda orta aylıq əmək haqqı düzgün hesablanmır? - AÇIQLAMA YENİLƏNİB

20:35 | 12.07.2019
Azərbaycanda orta aylıq əmək haqqı  düzgün hesablanmır? - AÇIQLAMA YENİLƏNİB

Azərbaycanda orta aylıq əmək haqqı düzgün hesablanmır? - AÇIQLAMA YENİLƏNİB

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Anews.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Məsələni şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, ümumiyyətlə orta aylıq əmək haqqının hesablanma qaydasında problemlər var.





Onun fikrincə, bir çox sahələr var ki, orada çalışanların sayı azdır, amma maaşlar yüksəkdir. Məsələn maliyyə sektoru, mədən sənayesi və bir çox bu cür sahələrdə çalışanların sayı azlıq təşkil etsə də, maaşları yüksəkdir. Ancaq təhsil sahəsində az qala 300 minə yaxın insan çalışır, maaşları isə azdır.


Ekspert deyir ki, orta aylıq əmək haqqı hesablanan zaman, bununla bağlı problemlər yaranır. Bütün əmək haqqları ümumlikdə hesablanır və daha sonra sahələrə böləndə yüksək əməkhaqqı görüntüsü yaranır. Orta aylıq əmək haqqıarın bu qaydada əhali sayına insanların sayına görə ümumilikdə orta aylıq əmək haqqıların hesablanma qaydalarına görə doğru deyil.

"Bizdə büdcədən maliyyələşən insanların sayı 900 min nəfərə çatır, bunların da böyük əksəriyyəti səhiyyə və təhsil sahəsində çalışır. Orada da maaşların çox aşağı olduğunu demək mümkündür. Fikrimcə, orta aylıq əməkhaqqlarının hesablanma qaydası dəyişməlidir. İndiki halda Azərbaycanda orta aylıq əməkhaqqılar 800-1000 manat da ola bilər, çünki maliyyə sektorunda, tikintidə, mədən sənayesində maaşlar yüksələ bilər, ancaq, büdcədən maliyyələşən sahələrdə çalışanların maaşları aşağı olduğundan, bu əhalinin bütün qruplarına aid edilə bilməz. Bu səbəbdən düşünürəm ki, orta aylıq əmək haqqıların hesablanma qaydası dəyişdirilməlidir”, - deyə iqtisadçı ekspert i bildirib.

Cəfərli əlavə edib ki, qonşu ölkələrdən də örnək götürmək olar. Məsələn Qazaxstanda da, Türkiyədə də, Rusiyada da orta aylıq əməkhaqqı demək olar ki, beynəlxalq standarta uyğun hesablanır və bu halda belə onlarda olan orta aylıq əməkhaqqı bizdən yüksəkdir. Xüsusən, Türkiyədə. 4 nəfərlik bir ailənin aylıq gəliri 655-700 min manat arasıdır, bu da Azərbaycan pulu ilə 2 min manata yaxındır.

"Ailədə çalışanların sayı 2 nəfər olsa, bizdə minimum əmək haqqı min manat olmalıdır ki, aylıq gəlir indiki bazara qiymətlərinə uyğun olsun. Bu da, əhalinin bütün təbəqələri üçün belə olmalıdır, təkcə bir neçə sahə üçün yox”, - deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədriMirvari Qəhrəmanlı isə deyir ki, hətta mədən sənayesində belə göstərilən orta aylıq əmək haqqılar real deyil.

Onun sözlərinə görə, bu sahələrdə də orta aylıq əmək haqqıların hesablanması düzgün aparılmır.



"Məsələn, Dövlət Neft Şirkətinin ofisində işləyənlərin əmək haqqıları yüksəkdir, ancaq, sektorun digər sahələrində çalışanların əmək haqqıları yükəsk deyil. Xüsusən, quruda işləyənlərin maaşları aşağıdır. Baza əmək haqqılar 400-500 manatdır, lakin çalışanlar əlavə işlər də gördükləri üçün, gördükləri əlavə işlərin də müqabilində pul alırlar. Məsələn gecə növbəsində işləyənlər, dəniz şəraitində işləyənlər, 15 günlük növbələrlə işləyənlər işlədikləri əlavə işlərə görə də pul aldıqlarına görə, aylıq gəlirləri min manat ətrafında olur. Statistika Komitəsi də bunu orta aylıq əməkhaqqı kimi hesablayır. Ancaq belə deyil, onlar əlavə işlədikləri üçün artıq pul alırlar”, - deyə hüquq müdafiəçisi bildirib.

Mirvari Qəhrəmanlı deyib ki, real orta aylıq əməkhaqqılar isə, çox aşağıdır və bununla yaşamaq heç cür mümkün deyil.

Onun sözlərinə görə, real orta aylıq əmək haqqılar heç təkcə qidalanmaq üçün də yetərli deyil.

"Bilirsiniz, bu əməkhaqqılar heç təkcə qida almaq üçün yetərli deyil. Nəzərə alsaq ki, digər xərclər də var, vəziyyət daha acınacaqlıdır. Komunal xərclər hər ay mütləq verilməlidir, ölkədə tibbi sığorta yox, dərman qiymətləri digər ölkələrlə müqaisədə çox baha, həkimə gedirsən pul istəyir, xeyir-şər, bazarda qiymətlər baha və bir çox xərcləri nəzərə alsaq, orta aylıq əməkhaqqılar çox aşağıdır. Azərbaycanda orta aylıq əməkhaqqılar heç olmasa, min manat olmalıdır ki, insanlar heç başqa xərcləri demirəm, ailə məişət xərclərini ödəyə bilsinlər”, - deyə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədriMirvari Qəhrəmanlı bildirib.

12.07.2019 20:35 - YENİLƏNİB

"DSK-si tərəfindən orta aylıq əməkhaqqının hesablanması Beynəlxalq Əmək Təşkilatının metodologiyasına və milli qanunvericiliyə əsasən həyata keçirilir”

Bu fikirləri isə iddalara cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mətbuat katibiElməddin Quliyev bildirib.



Onun sözlərinə görə, rəsmi statistikanın beynəlxalq standartlara uyğunluğu səviyyəsinə görə Azərbaycan bir sıra MDB ölkələrini qabaqlayır.

"2016-2017-ci illərdə Avropa İttifaqının Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla keçirilmiş Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici auditinin) nəticələri Azərbaycanın milli statistika sisteminin, o cümlədən əməkhaqqı statistikasının beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyib. Bununla yanaşı, DSK-nin təşəbbüsü ilə 2019-cu ilin aprel ayında Avrostat tərəfindən beynəlxalq ekspertlər cəlb edilməklə ölkədə əmək bazarı statistikasının sektoral qiymətləndirilməsi də aparılıb. Qiymətləndirmənin nəticəsi olaraq ölkədə əməkhaqqı statistikasının aparılmasının beynəlxalq və Avropa standartlarına uyğun olduğu bir daha təsdiqlənib. Yaxın dövrlərdə hazırlanmış yekun hesabat Dövlət Statistika Komitəsinin və Avrostatın internet səhifələrində yerləşdiriləcək”, - deyə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mətbuat katibiElməddin Quliyev bildirib. 


Həzi


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb