Azərbaycanda orta aylıq əmək haqqı 557 dollar, Ermənistanda 710 dollar, Gürcüstanda isə 748 dollardır. Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.
"MDB statistika qurumunun verdiyi məlumata görə 2023-cü ildə üzv ölkələrdə orta aylıq əmək haqqı: Ermənistan - 824 ABŞ dollar, Azərbaycan - 560 ABŞ dolları olub”, - deputat mayın 31-də Milli Məclisin plenar iclasında çıxışında deyib.
Deputat təklif edib ki, Cənubi Qafqazda liderlik üçün daha təsirli tədbirlərin görülməsinə ehtiyac var.
Zahid Oruc vurğulayıb ki, "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” sənədinə əsasən Hökumətin hədəflərindən biri minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq idi, ancaq rəsmi rəqəmlər hədəfə çatmadığını göstərir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !