Azərbaycanda orta məktəbdə yanğın - şagirdlər təxliyə olundu - FOTOLAR

17:56 | 13.12.2019
Azərbaycanda orta məktəbdə yanğın - şagirdlər təxliyə olundu - FOTOLAR

Azərbaycanda orta məktəbdə yanğın - şagirdlər təxliyə olundu - FOTOLAR

Qubada məktəbdə yanğın olub. 

Anews.az bildirir ki, bu barədə "Report"a rayon Təhsil Şöbəsindən məlumat verilib. 

Bildiririb ki, 13 dekabr 2019-cu il tarixində Quba rayonunun Tülər kənd ümumi orta məktəbinin çardağında 14:15 radələrində yanğın hadisəsi baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub.

Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbiində tədrisə cəlb olunması nəzrtdə tutulur.
Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb