Azərbaycanda palçıq vulkanı püskürdü

11:03 | 24.01.2021
Azərbaycanda palçıq vulkanı püskürdü

Azərbaycanda palçıq vulkanı püskürdü

Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı - Quşçu palçıq vulkanı püskürüb, bunu "Report”a açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.


O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub:


"İlkin məlumata əsasən, püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı üç qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək”.


Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən, bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM