Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə “Orbiter-2M” tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib.Gün.Az xəbər verir ki, bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.O qeyd edib ki, istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılaraq istismara verilib.Nazir sözlərinə əlavə edib ki, cari ildə 30 ədəd “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14,5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !