Azərbaycanda planşet kompüterlərin istehsalına başlanılacaq

10:32 | 11.02.2014
Azərbaycanda planşet kompüterlərin istehsalına başlanılacaq

Azərbaycanda planşet kompüterlərin istehsalına başlanılacaq

Azərbaycanın KÜR kompüter texnikası istehsalı zavodu yaxın vaxtlarda öz brendi ilə planşet kompüterlərin istehsalına başlamağa hazırlaşır. Bunu bazar ertəsi Trend-ə KÜR-ün baş direktoru Rizvan Osmanov deyib.Onun sözlərinə görə, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur ki, bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır: "Alıcılar planşet kompüterlərə daha çox üstünlük verirlər".R.Osmanov qeyd edib ki, bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır: "Şübhəsiz ki, bu sahədə dünya vendorları ilə rəqabət aparmaq bizim üçün çətindir. Çünki bazarda əlverişli qiymətə qurğuların sayı kifayət qədərdir. Buna baxmayaraq, KÜR planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM